Tramp ötən həftə Rusiya prezidenti Vladimir Putinlə Alyaskada keçirdiyi görüşdən sonra deyib ki, Putin Ukrayna üçün təhlükəsizlik zəmanəti ideyasına açıqdır.

ABŞ prezidenti Donald Tramp bir gün əvvəl ehtimalı açıq saxladıqdan sonra Ukraynanı Rusiyaya qarşı müdafiə etmək üçün Amerika qoşunlarının göndərilməsini istisna edib. Səhər televiziyasına müsahibəsində Tramp həmçinin deyib ki, Ukraynanın NATO-ya üzv olmaq və Krım yarımadasını Rusiyadan geri almaq ümidləri həm də “mümkün deyil”. Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və digər Avropa liderləri bazar ertəsi Vaşinqtonda Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına son qoymaq məqsədi ilə saatlarla danışıqlar aparıblar. Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp, Zelenskinin tələb etdiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynanı müdafiə etmək üçün Avropanın başçılıq etdiyi səylərdə iştirak etmək üçün ABŞ qoşunlarının göndərilməsini istisna etməyib.
Mənbə:Euronews
Tərcümə etdi:Ayşən Səlimova
