Sürətlə dəyişən biznes dünyasında süni intellekt artıq uzaq bir texnologiya deyil, idarəetmənin əsas hissəsinə çevrilib. Ancaq bir çox BBA və MBA proqramları hələ də köhnə müfredatlarla davam edir və məzunları real bazar tələblərinə hazırlaya bilmir.

"Tehsil365" xəbər verir ki, bu barədə "Education Times" məlumat yayıb.
Mütəxəssislərə görə, 2030-un liderləri yalnız süni intellekt alətlərini istifadə etməklə kifayətlənməyəcək, həm də AI ilə düşünməyi bacarmalıdırlar. İşəgötürənlər həm qərarvermədə süni intellektdən istifadə edə bilən, həm də etik və insan yönümlü idarəetməni qoruyan menecerlərə ehtiyac duyurlar.
Həll yolu yeni nəsil biznes proqramlarıdır: güclü idarəetmə bilikləri ilə yanaşı, tətbiqi süni intellekt dərsləri, canlı layihələr, qlobal əməkdaşlıq və etik təlimləri özündə birləşdirən tədris modeli. Bu proqramlarda tələbələr yalnız nəzəri bilik yox, həm də real şirkət problemlərinin AI vasitəsilə həllinə yönəlmiş təcrübə qazanmalıdırlar.
Ekspertlər bildirirlər ki, ənənəvi imtahanların yerini praktiki layihələr, süni intellektlə idarə olunan simulyasiyalar və hackathon-lar tutmalıdır. Universitetlər bu istiqamətdə addım atmasa, həm məzunlar, həm də müəssisələr rəqabətdə geri qalacaq.
Mənbə: Education Times
Tərcümə etdi: İlhamə Nurəhmədova
