Kreml Rusiya prezidenti V. Putin ilə Ukrayna prezidenti V.Zelenski arasında yaxın vaxtlarda sammit keçiriləcəyi barədə danışılanları əhəmiyyətsiz sayıb. Donald Tramp isə iki liderin Ukraynadakı müharibəyə son qoymaq üçün görüşməsi çağırışını yeniləyib.
İkili görüş təşəbbüsü Trampın ötən həftə Alyaskada Putinlə görüşməsindən və bazar ertəsi Ağ Evdə yeddi Avropa lideri və Zelenski ilə görüşməsindən sonra irəli sürülüb.
Tramp etiraf edib ki, münaqişəni həll etmək “çətin məsələdir” və bildirib ki, ola bilsin, Rusiya prezidenti döyüşləri dayandırmaqda maraqlı deyil.
O, çərşənbə axşamı deyib: “Biz növbəti bir neçə həftədə prezident Putin haqqında daha çox biləcəyik. Ola bilsin ki, o, heç bir razılaşma istəmir.”
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
