Bu gün:

İsrail Müdafiə naziri Qəzzanın işğalına razılıq verib


İsrail Müdafiə naziri İsrail Kats Qəzza şəhərinin işğalına dair əməliyyata razılıq verib. Nazir bildirib ki, əməliyyat başa çatdıqdan sonra Qəzzanın siması dəyişəcək.Əməliyyata “Gideonun Döyüş Arabaları – 2” adı verilib. İsrail ordusu 60 min ehtiyat hərbçini xidmətə çağırıb. Orduda ehtiyac yaranacağı halda bu sayın 130 minə qədər artırıla biləcəyi qeyd olunub.

Qərar Baş Qərargah rəisi Eyal Zamirin işğal planını nazirə təqdim etməsindən sonra qəbul edilib. Avqustun 8-də İsrail Təhlükəsizlik Kabineti də Qəzzanın işğalı ilə bağlı planı təsdiqləyib.

Plana əsasən, ilk mərhələdə təxminən 1 milyon fələstinli cənuba köçürüləcək, şəhər mühasirəyə alınıb intensiv hücumlara məruz qalacaq. Daha sonra Qəzzanın mərkəzindəki düşərgələrin işğalı nəzərdə tutulur.

Hazırda təxminən 2,4 milyon fələstinlinin yaşadığı Qəzza zolağı 18 ildir blokada altındadır.

Mənbə: Cumhuriyyət

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et