Bu gün:

Avstraliyada 100 milyon illik fosil mirvari tapılıb



Avstraliyada tədqiqatçılar, 2019-cu ildə tapılan fosil mirvarinin 100 milyon illik olduğunu təsdiqləyiblər.

“ABC News”un xəbərinə görə, 2019-cu ildə Kvinslend ştatının Riçmond bölgəsində yerləşən Kronosaurus Korner Muzeyinin paleontoloji qazıntı sahələrində könüllü olaraq iştirak edən bir turist, fosil mirvari tapıb.

Muzeyin nəzarəti altında keçirilən qazıntı tədbiri zamanı aşkarlanan fosil mirvari, tədqiqatçılar tərəfindən uzun müddət araşdırılıb.

Kvinslend Universitetindən paleontoloq Qreqori Vebb apardıqları araşdırma nəticəsində diametri 2 santimetr olan, bilyədən bir qədər böyük bu fosil mirvarinin təxminən 100 milyon illik olduğunu müəyyənləşdirdiklərini bildirib.

Araşdırmadan sonra fosil mirvari Kronosaurus Korner Muzeyində sərgilənməyə başlanılıb.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et