Həmas Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı İsraillə razılaşmanı nəzərdə tutan ən son regional vasitəçilərin təklifini qəbul edib, qrupun bir nümayəndəsi BBC-yə bildirib.
Misir və Qətərin irəli sürdüyü bu təklifin iyunda ABŞ nümayəndəsi Stiv Witkoff tərəfindən təqdim olunan çərçivəyə əsaslandığı deyilir.
Razılaşmaya görə, Hamas qalan 50 israilli girovun təxminən yarısını – onlardan 20 nəfərin sağ olduğu düşünülür – 60 günlük ilkin atəşkəs dövründə iki mərhələdə azad edəcək. Bundan sonra daimi atəşkəs barədə danışıqlar aparılacaq.
Lakin İsrailin mövqeyi hələlik aydın deyil. Baş nazir Benyamin Netanyahunun ofisi ötən həftə bəyan etmişdi ki, İsrail yalnız “bütün girovların birdən azad olunacağı” razılaşmanı qəbul edəcək.
Mənbə: BBC News
Tərcümə etdi: Ayxan Cəfərov
