Bu gün:

Ukrayna NATO-ya üzv ola bilərmi?


NATO-nun baş katibi Mark Rutte bazar ertəsi Ukraynanın NATO-ya üzvlük məsələsinin müzakirə olunmadığını, lakin Rusiyanın 2022-ci ilin fevralında işğal etdiyi ölkə üçün "Maddə 5" tipli təhlükəsizlik zəmanətləri ilə bağlı müzakirələrin aparıldığını deyib."Vəziyyət belədir – ABŞ və bəzi digər ölkələr Ukraynanın NATO üzvlüyünə qarşı olduqlarını bildirdilər. NATO-nun rəsmi mövqeyi Ukrayna üçün NATO-ya dönməz bir yol olmasıdır", – Rutte Fox News-un “The Ingraham Angle” verilişinə müsahibəsində deyib.

O əlavə edib: "Ancaq burada müzakirə etdiyimiz məsələ NATO-ya üzvlük deyil, Ukrayna üçün təhlükəsizlik təminatlarıdır. Bunlar 5-ci maddə tipli zəmanətlərdir və onların konkret nəyə gətirib çıxaracağı indi daha dəqiq müzakirə olunacaq".

Mənbə: Reuters 

Tərcümə etdi: Nəzakət Nəsibli 

Paylaş
Şərh əlavə et