Bu gün:

Duyğuları idarə edən implant çiplər


İngiltərədə yeni tibbi sınaqda kəllə sümüyünün altına yerləşdirilən xüsusi cihaz vasitəsilə beyin fəaliyyəti izlənilir və ultrasəs dalğaları ilə müəyyən neyron qrupları stimullaşdırılır. Məqsəd insanların əhvalı və motivasiyasını yaxşılaşdırmaqdır.

Bu texnologiyanın gələcəkdə depressiya, asılılıq, obsesiv-kompulsiv pozuntu və epilepsiya kimi xəstəliklərin müalicəsində mühüm rol oynaya biləcəyi gözlənilir. Cihazın üstünlüyü ondadır ki, beyinə birbaşa müdaxilə etmir və daha təhlükəsiz hesab olunur. Təxminən 30 pasiyent üzərində təhlükəsizlik və təsir gücü sınaqdan keçirilir.


Mütəxəssislər bildirirlər ki, bu üsul xəstəliyə davamlı depressiya və epilepsiya kimi hallarda həyat dəyişdirici ola bilər. Eyni zamanda, şəxsi beyin məlumatlarının qorunması, texnologiyanın sui-istifadəsi və insan davranışına təsir kimi etik risklər mövcuddur.
Əgər uğurlu nəticə əldə olunarsa, texnologiya yaxın illərdə klinik müalicəyə daxil edilə bilər.


Mənbə: The Guardian
Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et