Bu gün:

Çində alimlər ilk “Hamilə Robot” hazırlayıblar


Çindən elmi-fantastik filmləri xatırladan xəbər gəlib. Quançjou şəhərində yerləşən "Kaiwa Technology" şirkətinin qurucusu doktor Çjan Çifin robotun qarnında süni uşaqlıq vasitəsilə körpə daşıya biləcəyini açıqlayıb. Üstəlik bu proses tam doqquz ay davam edəcək və sonda robot canlı körpə doğuracaq. İnsan və robot qarşılıqlı təsir vasitəsilə hamiləlik baş verəcək.Dr. Çjan bildirib: “Texnologiya artıq yetkinləşib. İndi bizə lazım olan bu sistemi robotun qarnına yerləşdirməkdir. Beləliklə, insan və robotun qarşılıqlı təsiri ilə hamiləlik prosesi həyata keçiriləcək.”

Yeni texnologiyaya görə robotun qarnında xüsusi süni uşaqlıq olacaq. Körpə burada süni amniotik maye içində inkişaf edəcək və borular vasitəsilə qidalanacaq. Prosesin sonunda isə canlı uşaq dünyaya gələcək.

Bu inanılmaz texnologiyanın satış qiyməti – 10 min funt sterlinq (təxminən 545 min 500 manat).

Şirkət bu prototipi gələn il təxminən 100 min yuan (təqribən 10 min funt sterlinq) dəyərində satışa çıxarmağı planlaşdırır. Lakin embrionun uşaqlığa necə yerləşdiriləcəyi və mayalanmanın necə aparılacağı kimi kritik detallar hələlik açıqlanmır.

Əslində, bu ideya tamamilə yeni deyil. Daha əvvəl alimlər vaxtından əvvəl doğulmuş quzuları “bio-torba” adlanan süni kisədə həftələrlə yaşatmağı bacarmışdılar. Lakin robot vasitəsilə hamiləlik ideyası böyük etik və hüquqi müzakirələrə səbəb olur.

Dr. Çjan Çində son illərdə sonsuzluğun sürətlə artmasına diqqət çəkərək (2007-ci ildə 11,9 % ikən, 2020-ci ildə 18 %-ə yüksəlib), bu texnologiyanın gələcəkdə çıxış yolu ola biləcəyini iddia edir. O həmçinin bildirir ki, hazırda Quanqdun əyalətində bu məsələyə dair siyasət və qanun layihələri müzakirə olunur.

Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et