ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin Alyaskada keçirilən sammitdə Ukraynada atəşkəs məsələsində razılığa gələ bilməyiblər.
Təxminən üç saat davam edən görüşdən sonra liderlər mətbuat qarşısına çıxaraq birgə bəyanat versələr də, jurnalistlərin suallarını cavablandırmayıblar.
Anchorage şəhərində keçirilən görüşü izləyən üç BBC müxbiri sammitin ABŞ və Rusiya liderləri üçün nə demək olduğunu və Ukraynadakı müharibənin bundan sonrakı gedişatına necə təsir göstərə biləcəyini dəyərləndirib.
BBC-nin təhlilində bildirilir ki, sammit Trampın “işi bitirən lider” imicinə ciddi zərbə vurub.
Mənbə: BBC
Tərcümə: Ətirə İbayeva
