Təbiətdə elə bitkilər var ki, onların bənzərsiz xüsusiyyətləri insanı heyran qoyur. Bu nadir bitkilər arasında yalnız gecələr açan və sübh vaxtı bağlanan sirli çiçəklər də var.

Botaniklərin sözlərinə görə, bu növlər “gecə açan çiçəklər” kimi tanınır. Xüsusilə axşam primrozu (mirabilis jalapa) və gecə kraliçası (epiphyllum oxypetalum) yalnız qaranlıq çökəndə çiçək açır, gün ərzində isə bağlı qalır.
Maraqlıdır ki, bir çox mədəniyyətdə gecə çiçəklərinin uğur gətirdiyinə inanılır. İnsanlar bu çiçəklərin açılışına şahid olduqda şanslarının artacağına və arzularının gerçəkləşəcəyinə ümid edirlər. Elə buna görə də bəzi bölgələrdə bu nadir bitkilərə “şanslı çiçəklər” deyilir.
Mütəxəssislər bildirirlər ki, bu çiçəkləri gündüz böcəkləri deyil, əsasən gecə güvələri tozlandırır. Onların gecə açması həm qorunma, həm də çoxalma üçün təbii təkamül strategiyasıdır. Güclü qoxusu və açıq rəngli ləçəkləri sayəsində qaranlıqda asanlıqla seçilirlər.
Bu nadir çiçəklər yalnız təbiətdə deyil, ev şəraitində də yetişdirilə bilər. Xüsusilə balkon və bağlarda yetişdirilən “gecə kraliçası” çiçəyinin açılış anı vizual bir möcüzəyə çevrilir.
Mənbə: Sözcü
Tərcümə etdi: Asiya Zeynallı
