Norveç Baş naziri Jonas Gahr Store, ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu gün Vaşinqtonda keçiriləcək görüş öncəsi açıqlama verib.
Store, X sosial şəbəkəsindəki paylaşımında Ukraynaya dəstək məsələsində birgə hərəkət etdiklərini vurğulayıb:
“Ukrayna olmadan Ukrayna barədə müzakirə ola bilməz. Təhlükəsizlik təminatlarına dair əməkdaşlığı gücləndirmək vacibdir. Rusiya üzərindəki təzyiq artırılmalıdır”.
Bu gün keçiriləcək Tramp–Zelenski görüşündə Ukraynaya təhlükəsizlik təminatları və mümkün ərazi dəyişiklikləri də daxil olmaqla bir sıra mühüm məsələlərin gündəmdə olacağı gözlənilir.
Görüşə həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen və bir sıra Avropa liderlərinin də qatılacağı bildirilib.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
