1960-cı il 1 mayda ABŞ-ın pilotu Frensis Qari Pauers SSRİ üzərində casusluq missiyasında U-2 təyyarəsi ilə uçarkən raketlə vurulub.
Təyyarə quyrugu ilə aşağıya fırlana-fırlana düşüb, Pauers isə paraşütlə xilas ola bilib. Amma dərhal KQB tərəfindən həbs olunub. Onu Moskvada məhkəməyə çıxarıblar və 19 avqust 1960-cı ildə ona 10 il cəza veriblər, 3 il həbsxana, 7 il əmək düşərgəsi. Bu hadisə Soyuq müharibə dövründə ABŞ və SSRİ münasibətlərinə böyük zərbə vurub.
ABŞ hökuməti əvvəlcə yalan bəhanə gətirib ki, guya Pauers NASA üçün hava şəraitini öyrənib və təsadüfən SSRİ havasına girib. Amma sovetlər onun sağ olduğunu və təyyarənin kamerasının da əllərində olduğunu açıqlayıblar. Bu, ABŞ-ı bütün dünyanın gözündə çətin vəziyyətə salıb. Parisdə planlaşdırılan sülh sammiti də bu qalmaqal üzündən dağılıb.
Pauers məhkəmədə zəif görünüb və ABŞ mətbuatında çox tənqid olunub, hətta ona “qorxaq” deyənlər olub. Lakin 1962-ci ildə o, SSRİ-də həbsdə olan amerikalıların istəyi ilə deyil, əsir mübadiləsi nəticəsində azad edilib. Onun əvəzində ABŞ-dakı məşhur sovet casusu Rudolf Abel qaytarılıb.
Azadlıqdan sonra Pauers ABŞ-a qayıdıb, Senatda ifadə verib və 1965-ci ildə CIA tərəfindən “Cəsarət ulduzu” medalı ilə təltif olunub. Sonrakı illərdə sınaq pilotu və Los-Ancelesdə televiziya üçün helikopter pilotu işləyib. Amma 1977-ci ildə helikopter qəzasında həlak olub.
Oğlu Gary Pauers Jr sonradan atasının həyatını araşdırıb və 1996-cı ildə “Soyuq Müharibə Muzeyi”ni yaradıb.
Mənbə: BBC news
Tərcümə etdi: Nigar Muştaqova
