Bu gün:

Vaşinqton danışıqları Ukraynanın gələcəyi üçün Tramp-Putin görüşündən daha önəmlidir


Çox mümkündür ki, bazar ertəsi Ağ Evdə keçiriləcək görüş Ukraynanın gələcəyi və bütövlükdə Avropanın təhlükəsizliyi üçün ötən cümə Alyaskada baş tutan ABŞ-Rusiya sammitindən daha həlledici olsun.

Putin-Tramp görüşü gözlənildiyi kimi nəticəsiz keçib. Atəşkəs olmayıb, sanksiyalarla bağlı qərar olmayıb, böyük açıqlamalar da verilməyib.

Ukrayna və Avropa dünyanın iki ən güclü nüvə dövlətinin qapalı qapılar arxasında qurduğu razılaşmadan kənarda qalacaqmı?

Görünən odur ki, əgər Ukrayna və tərəfdaşları buna imkan verməsələr, yox.

Vaşinqtonda Prezident Zelenski ilə yanaşı Kir Starmer, Prezident Makron, Kansler Mers və digər liderlərin iştirakı isə 28 fevralda olduğu kimi Oval Ofisdə yenidən “tək yaxalanmamasından” daha böyük məna daşıyır.

Onlar Donald Trampa iki əsas mesajı çatdırmaqda qətiyyətlidirlər: Birincisi, Ukraynanın birbaşa iştirakı olmadan heç bir sülh sazişi mümkün deyil, ikincisi isə bu, “dəmir kimi möhkəm” təhlükəsizlik zəmanətləri ilə dəstəklənməlidir.

Hər şeydən öncə, Avropa liderləri ABŞ Prezidentinin görməsini istəyirlər ki, Ukrayna və Avropa birləşmiş mövqe sərgiləyir və onlar Trampın Vladimir Putinlə açıq-aşkar şəxsi münasibətlərinin onu Rusiyanın tələblərinə boyun əyməyə vadar etməsinə imkan verməməyə çalışırlar.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et