"Anderlecht" "Aston Villa"dan Yasin Özcanı icarə əsasında heyətinə qatdığını açıqlayıb. Belçika klubunun məlumatına görə, 19 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

İmzadan sonra açıqlama verən "Anderlecht"in idman direktoru Olivier Renard bildirib: "Yasin Özcan sol ayaqlı mərkəz müdafiəçisidir və eyni zamanda sol cinah müdafiəçisi kimi də oynaya bilir. Axtardığımız profilə tam uyğun gəlir”.
Yay transfer dönəmində "Kasımpaşa"dan İngiltərə təmsilçisinə keçən Yasin Özcan Alpay Özalandan sonra "Aston Villa"nın heyətinə qatdığı ikinci türk futbolçu olub.
Mənbə:TRT Haber
Tərcümə erdi: Nigar Həsənzadə
