ABŞ-nin Nyu-York şəhərində yerləşən restoranda silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
“NBC News”un məlumatına görə, insident Bruklinin Crown Heights bölgəsindəki “Taste Of The City Lounge” adlı restoranda baş verib.
Nyu-York Polis Departamentinin (NYPD) komissarı Cessika Tiç mətbuat konfransında bildirib ki, hadisədə bir neçə silahlının iştirak etdiyi müəyyən olunub. Hazırda istintaq davam edir və hələlik heç kim saxlanılmayıb.
TİÇ-in sözlərinə görə, hücumda 27 və 35 yaşlı iki kişi, həmçinin şəxsiyyəti hələ müəyyən edilməyən daha bir kişi həyatını itirib. Yaralanan 8 nəfər yaxınlıqdakı xəstəxanalara yerləşdirilib və onların həyatına təhlükə olmadığı qeyd olunub.
Mənbə: Haber Global
Tərcümə etdi: Nuray Əliyeva
