Bu gün:

"Mənzil bazarında dinamik qiymət artımı gözlənilmir"


24media.az - ın "1 sual, 1cavab" rubrikasının növbəti müsahibi əmlak məsələləri üzrə ekspert Ramil Osmanlıdır. O, mənzil bazarındakı qiymət dəyişikliyi ilə bağlı sualımızı cavablandırıb.

-Yayda mənzil bazarındakı qiymətlərdə dəyişiklik gözlənilirmi?

 - Mənzil bazarı ilə bağlı araşdırmalar göstərir ki, yay mövsümündə ciddi qiymət dəyişikliyi müşahidə olunmur. Düşünürəm ki, bu ilin yay aylarında da mənzil qiymətlərində əhəmiyyətli dəyişikliklər gözlənilmir. Bunun müxtəlif səbəbləri var: bura mövsümi faktorlarla yanaşı, bazara olan pul axını, eyni zamanda, əhalinin əksər hissəsinin - alıcı qabiliyyəti yüksək olan insanların bu mövsümdə bazardan kənar qalması və. s daxildir. Digər tərəfdən, nisbi artm olacaqdır ki, maksimum 1-2% arasında dəyişə bilər. Nisbi artımlar, daha çox ipoteka üçün yararlı olan ərazilərdə müşahidə ola bilər. Bütövlükdə isə mənzil bazarında dinamik qiymət artımı gözlənilmir.

24media.az qeyd edir ki, Azərbaycanın mənzil bazarındakı qiymət dinamikası 2021-ci ilin sonlarından etibarən yüksəlməyə başlayıb. Təkcə 2022-ci ildə 30 faizə yaxın artım qeydə alınıb. Həmçinin ekspertlər bildirirlər ki, bu ilin ortalarına qədər qeyri-yaşayış sahələrində 7-8 faizlik, torpaq bazarında isə 10 faizlik artım müşahidə olunub. Belə davam edərsə, ilin sonuna qədər bu faizlərin hansı rəqəmlərlə ifadə ediləcəyini və bazarın gələcəyini indidən proqnozlaşdırmaq çətin olacaq.

Fərahim Rzazadə

Paylaş
Şərh əlavə et