Böyük Britaniyaya gətirilən minlərlə əfqan vətəndaşının şəxsi məlumatları Müdafiə Nazirliyinin (MoD) bir sub-podratçısında baş verən məlumat sızması nəticəsində üzə çıxıb.

London Stensted hava limanında xidmət göstərən Inflite The Jet Centre şirkətində baş verən kibertəhlükəsizlik insidenti səbəbindən təxminən 3700 nəfərin adı, pasport məlumatları, Əfqan Köçürülməsi və Yardım Siyasəti (Arap) ilə bağlı detallarının sızdığı bildirilir.
Hadisə 2022-ci ildə baş verən və Taliban rejimindən qaçmaq üçün Britaniyaya gəlmək istəyən təxminən 19000 nəfərin məlumatlarının açığa çıxdığı başqa bir böyük sızmadan cəmi 1 ay sonra üzə çıxıb.
Hökumətin açıqlamasına görə, bu insident “heç bir şəxsin təhlükəsizliyi üçün risk yaratmayıb və dövlət sistemlərinə təsir etməyib”. Hazırda məlumatların ictimaiyyətə yayılması ilə bağlı sübut yoxdur.
Məlumatların təsirləndiyi şəxslərin 2024-cü ilin yanvar–mart aylarında Britaniya hərbçiləri ilə işləyənlər üçün nəzərdə tutulmuş köçürülmə proqramı çərçivəsində ölkəyə gətirildiyi güman edilir.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
