Türkiyə FIBA 16 Yaşadək Oğlanlar Avropa Çempionatında yeddincilik oyununda İspaniyanı 89-74 hesabı ilə məğlub edərək turniri 7-ci pillədə başa vurub.
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən qarşılaşmaya ay-ulduzlu komanda Noyan Tolan, Ömər Yusuf Şık, Kaan Belgutay, Ömər Kutluay və Ömər Alp Elitaş beşi ilə başlayıb. Oyunun ilk yarısını 39-36 öndə tamamlayan millilər, matç boyunca üstünlüyünü qoruyaraq parketdən 89-74 hesablı qələbə ilə ayrılıb.Bu nəticə ilə Türkiyə turniri 7-ci sırada yekunlaşdırıb. Ay-ulduzlularda Ömər Kutluay 31 xalla oyunun ən məhsuldar basketbolçusu olub. İspaniya yığmasında isə Diego Ferreras 17 xal toplayıb.
Mənbə: TRT Haber
Tərcümə erdi: Nigar Həsənzadə
