ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukraynada atəşkəs mövzusunda razılığa gəlmədən Alyaskadan ayrılıblar.

Təxminən üç saat davam edən görüşdən sonra liderlər mətbuat nümayəndələrinə verdikləri birgə açıqlamada sual qəbul etmədilər.
Donald Tramp zirvə sonrası Anchorage-da etdiyi çıxışda “Razılaşma əldə olunana qədər heç bir razılaşma yoxdur”,- deyib.
Prezident Tramp Vladimir Putinlə birlikdə “böyük irəliləyiş” əldə etdiyini desə də, bu irəliləyişin nədən ibarət olduğu barədə çox az təfərrüat var.
Mənbə: BBC News
Tərcümə etdi: Səmayə Səftərova
