Bu gün:

Zelenski Trampla görüşün bazar ertəsi baş tutacağını açıqlayıb


Zelenski deyir ki, o, Trampın bazar ertəsi Oval kabinetdə ölkəsindəki döyüşlərə son qoymağın yollarını araşdırmaq üçün təkbətək görüş dəvətini qəbul edib.

Ukrayna prezidenti Vladimir Zelenski şənbə günü bəyan edib ki, bazar ertəsi Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşməyi planlaşdırır. Bu açıqlama ABŞ prezidentinin Rusiya prezidenti Vladimir Putinlə Alyaskada Ukraynaya qarşı müharibəyə son qoymaq üçün heç bir razılaşma əldə etmədiyi zirvə görüşünü başa vurmasından bir neçə saat sonraya təsadüf edir.

Mənbə: Euronews

Tərcümə etdi: Ayşən Səlimova 

Paylaş
Şərh əlavə et