Kosmosda 3D printerlə orqan çapı biotibbin ən inqilabi sahələrindən biri hesab olunur. Yer kürəsində orqan transplantasiyası üçün böyük gözləmə siyahıları mövcuddur, amma kosmosdakı çəkisizlik şəraiti hüceyrələrin daha sərbəst hərəkət etməsinə və toxumaların daha təbii formada birləşməsinə imkan yaradır.

NASA və digər kosmik agentliklər artıq mikroqravitasiya mühitində insan toxumaları və sadə orqan strukturlarının çapını sınaqdan keçirirlər.
Bu texnologiya gələcəkdə həm astronavtların uzunmüddətli kosmos missiyalarında tibbi ehtiyaclarını qarşılaya, həm də Yer üzündə donor orqan çatışmazlığı problemini azalda bilər. Çəkisiz mühitdə yaradılan bioloji strukturlar daha dayanıqlı olur və onların Yerə gətirilib tibbi məqsədlə istifadəsi də mümkündür.
2030-cu illərə qədər kosmik laboratoriyalarda tam funksional insan orqanlarının çap ediləcəyi gözlənilir. Bu, həm tibbin inkişafında, həm də kosmos tədqiqatlarında insanın ömrünü uzadan ən böyük yeniliklərdən biri ola bilər.
Mənbə: Drug Discovery News
Tərcümə etdi: Arzu Qafarova
