Misirdə aparılan arxeoloji qazıntılar zamanı alimlər 3 min ildən çox yaşı olan pendir nümunəsi tapıblar. Qədim qəbirin içində gil qabda aşkar edilən bu pendirin dünyanın ən qədim pendir nümunəsi olduğu düşünülür. Araşdırmalar nəticəsində məlum olub ki, pendir qoyun və inək südünün qarışığından hazırlanıb.

Alimlər pendirdə zərərli bakteriya qalıqlarının da olduğunu müəyyənləşdiriblər. Bu isə qədim dövrdə insanların bəzi süd məhsullarının yeyərkən sağlamlıq riski ilə qarşılaşa bildiyini göstərir. Kəşf qədim misirlilərin qida mədəniyyəti və gündəlik həyat tərzi haqqında mühüm məlumat verir.
Mənbə: Today.com
Tərcümə etdi: Aysel Şıxməmmədova
