Bu gün:

Holografik kommunikasiya – gələcəyin ünsiyyət inqilabı


Holografik kommunikasiya artıq fantastika deyil, reallığa çevrilir. Ericsson-un bu texnologiyası 5G üzərindən adi mobil cihazlarla real vaxtda üçölçülü, immersiv ünsiyyət imkanı yaradır. Onun əsas üstünlüyü daha təbii emosional bağ, məkan və yaxınlıq hissini təmin etməsidir. Videogörüşlərdən yorulan insanlar üçün holografik zənglər daha canlı və interaktiv təcrübə təqdim edir.

Texnologiyanın uğurlu yayılması üçün elastik platforma, ictimaiyyət tərəfindən qəbul edilə biləcək XR cihazlar və sadə, əlçatan həllər vacibdir. Əsas çətinlik böyük həcmdə məlumat tələb etməsidir, amma süni intellekt və sıxlaşdırma alqoritmləri bu problemi aradan qaldırmağa kömək edir. Ericsson-un yanaşması adi telefon və planşetlərlə hologram yaratmaqdır ki, bu da kütləvi istifadəyə daha yaxın görünür.

Gələcəkdə holografik ünsiyyət uzaqdan əməkdaşlıq, təhsil, tibb və ticarətdə yeni imkanlar yaradacaq. Haptik texnologiyalar toxunma hissini, kinestetik sistemlər isə hərəkəti təqlid edəcək, sanki insanı başqa məkana “teleportasiya” edəcək. 2030-cu ilə qədər hologram texnologiyası emosional, təbii və interaktiv ünsiyyət forması kimi həm gündəlik həyatı, həm də biznesi dəyişdirəcək.

Mənbə: Ericsson

Tərcümə etdi: Arzu Qafarova

Paylaş
Şərh əlavə et