Bu gün:

Böyük Britaniyaya yerləşdirilən əfqanlar yeni məlumat sızması ilə üzləşib


Birləşmiş Krallığa gətirilərək təhlükəsizlik altına alınan minlərlə əfqan barədə şəxsi məlumatlar Müdafiə Nazirliyinin (MoD) subpodratçısında baş verən məlumat sızması nəticəsində ifşa olunub.London Stansed hava limanında uçuşlara yerüstü xidmət göstərən Inflite The Jet Centre şirkətində baş verən kibertəhlükəsizlik insidenti nəticəsində 3 700-ə qədər əfqan vətəndaşının adları, pasport məlumatları və Əfqanıstan Köçürülmə və Yardım Siyasəti (Arap) ilə bağlı detalları təhlükəyə məruz qalıb.

Bu hadisə Taliban rejimindən qaçaraq Birləşmiş Krallığa gəlmək üçün müraciət etmiş təxminən 19 000 nəfərin məlumatlarının 2022-ci ildə sızdığı böyük bir məlumat pozuntusundan cəmi bir ay sonra üzə çıxıb.

Hökumət bildirib ki, bu insident “heç bir şəxsin təhlükəsizliyinə təhdid yaratmayıb və heç bir hökumət sistemini pozmayıb”.


Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et