Bu gün:

Dünyada xoşbəxtliyin idarə etdiyi yeganə ölkə


Bura Himalay dağlarının ətəklərində gizlənmiş kiçik bir krallıqdır. Butan iqtisadi artımdan çox, xalqının xoşbəxtliyini ölçən yeganə ölkə kimi tanınır.



Cənubi Asiya ölkəsi Butanda Ümumi Milli Məhsul (ÜDM) ilə deyil, Ümumi Milli Xoşbəxtlik (GNH) ilə ölçülür. 1970-ci illərdən tətbiq edilən bu idarəetmə yanaşması dörd əsas sütuna əsaslanır: davamlı inkişaf, mədəni dəyərlərin qorunması, ətraf mühitin mühafizəsi, yaxşı idarəçilik.


Ölkə konstitusiyasına görə, torpağın ən azı 60 faizi meşələrlə örtülü olmalıdır. Butan karbon ifrazını sıfır səviyyəsində saxlayan və hətta karbon neytrallığına nail olan azsaylı ölkələrdən biridir.


Butan modernləşmə prosesinə gec qoşulan ölkələrdən biri kimi seçilir. Burada televiziya və internet 1999-cu ilə qədər qadağan edilib. Ölkə turizmi məhdudlaşdırmaqla həddindən artıq sıxlığın və mədəni tənəzzülün qarşısını alır.


Mənbə: Sözcü


Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et