Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilməsi planlaşdırılan görüşü öncəsi Rusiya nümayəndə heyəti Ankoric şəhərinə gəlib.
Rusiya mətbuatının məlumatına görə, heyətdə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Kremlin xarici siyasət müşaviri Yuri Uşakov və prezidentin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev yer alır.
Təxminən 50 rusiyalı jurnalistin də görüşün keçiriləcəyi Alyaska Hava Yolları Mərkəzinin arenasına yerləşdirildiyi bildirilir.
Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər, eləcə də Ukrayna böhranının həlli müzakirə ediləcək. Proqrama həmçinin iki liderin birgə mətbuat konfransı daxildir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiman Vəliyeva
