Bu gün:

Azərbaycan Ordusunda rabitə zabitlərinin təlim-toplanışı keçirilib


Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun qoşun növü, birlik, birləşmə və hərbi hissələrinin, həmçinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin rabitə ixtisaslı zabitlərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib. 24Media.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunda rabitə hissə və bölmələrinin fəaliyyətinin, qoşunlar arasında vahid rabitə və idarəetmə sistemlərinin işinin, həmçinin rabitə ixtisaslı zabitlərin peşə hazırlıqlarının yüksəldilməsi məqsədilə keçirilən toplanışda rabitə sahəsində mövcud olan yeniliklər barədə iştirakçılar məlumatlandırılıb.

Təlim-metodiki toplanış çərçivəsində müxtəlif tipli müasir radiostansiyaların imkan və qabiliyyətləri, radiokommunikasiya sistemində tətbiqi və inkişaf perspektivləri, peyk rabitəsinin və kommunikasiya fəaliyyətinin təşkili mövzusunda təqdimatlar verilib.

Aysel Mirzəyeva

Paylaş
Şərh əlavə et