Bu gün:

Bakıda strateji kommunikasiya üzrə təlim


Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən əldə olunan məlumata görə, 24Media.az xəbər verir ki, Müdafiə Nazirliyi və NATO-nun Müştərək Qüvvələr Komandanlığının Mobil Təlim Qrupunun təşkilatçılığı ilə Bakıda “NATO-da hərbi ictimai əlaqələr və strateji kommunikasiya” mövzusunda kurs keçirilib.

Kursda Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin şəxsi heyəti, eləcə də digər dövlət qurumlarının nümayəndələri iştirak edib. Təlimdə strateji kommunikasiyanın əhəmiyyəti, informasiya əməliyyatlarında koordinasiya və kommunikasiya planlaşdırma bacarıqları üzrə təqdimatlar keçirilib.
Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Arzu Qafarova

Paylaş
Şərh əlavə et