Bu gün:

Artur Brandın işi


“İncəsənət aləminin İndiana Consu” Artur Brand illərdir oğurlanan sənət əsərlərini tapmaqla məşğuldur. Onun iş saatı yoxdur gecə-gündüz işləyir, çünki vacib məlumat verən adam fikrini dəyişə bilər.

2019-cu ildə o, təxminən 70 milyon funt dəyərində “Pikassonun Buste de Femme” əsərini tapıb. Brand, ümumilikdə, 250 milyon funt dəyərində onlarla əsəri geri qaytarıb. Sənət dünyasına marağı tələbə mübadiləsi ilə İspaniyada yaşayarkən başlayıb. Qaraçılarla xəzinə axtarışında üç Roma sikkəsi tapıb və keçmişi araşdırmaq qərarına gəlib. Əsas işləri:

•İsveç muzeyindən oğurlanan Jorj Brak əsərinin tapılması.

•1990-cı ildə Boston İsgabella Stüart Qardner Muzeyindən 500 milyon dollarlıq əsərlərin oğurluğu işində araşdırma.

•Oksford Universitetinə Oskar Uaylda aid oğurlanmış üzüyün qaytarılması (üzüyün orijinal olduğunu məktublarla sübut edib).

2018-ci ildə o, iranlı kolleksiyaçıya aid yüz minlərlə funt dəyərində 15-ci əsr “Hafizin Divanı” əlyazmasını iranlı gizli xidmətçilərdən əvvəl taparaq sahibinə qaytarıb. Brand deyir ki, saxta sənət əsərləri dünyada narkotik və silahdan sonra üçüncü ən böyük cinayət sahəsidir və muzeylərdəki əsərlərin təxminən 10%-i saxtadır. Cinayətkar sənət aləmi ilə rəsmi sənət aləmi bir-birindən tam ayrılmayıb, çoxu pul üçün çalışır.

Mənbə: BBC News

Tərcümə etdi: Nigar Muştaqova


Paylaş
Şərh əlavə et