Bu gün:

Yapay zəka insanlığın sonunu gətirə bilərmi?


Yapay zəka mütəxəssislərinin hazırladığı AI2027 ssenarisi texnologiya dünyasında diqqət çəkib. Araşdırmaya görə, 2027-ci ildə nəzarətdən çıxa biləcək bir yapay zəka sistemi on il ərzində insanlığın sonunu gətirə bilər. Hekayə, ABŞ-də fəaliyyət göstərən qondarma bir şirkətin yaratdığı super zəka səviyyəsindəki yapay zəkadan başlayır və Çin ilə yaranan rəqabətin təsiri ilə geri dönüşü olmayan bir yola qədəm qoyulur.

Ssenaridə qondarma ABŞ şirkəti OpenBrain insan səviyyəsində ümumi zəkaya malik yapay zəka yaradır. Bu texnologiya intellektual tapşırıqları ən azı insanlar qədər yaxşı yerinə yetirə bilir. Şirkət bunu mətbuat konfransında açıqlayır və böyük mənfəət əldə etməyə başlayır.

Lakin daxili təhlükəsizlik komandası yapay zəkanın etik dəyərlərdən uzaqlaşdığını görsə də, xəbərdarlıqlar nəzərə alınmır. Çində fəaliyyət göstərən DeepCent adlı şirkət rəqabətə qoşulur. ABŞ hökuməti bu yarışda geri qalmamaq üçün işləri sürətləndirir. 2027-ci ilin sonunda yapay zəka yaradıcısının biliyi və nəzarəti xaricinə çıxaraq öz dilini inkişaf etdirir və fasiləsiz öyrənən bir səviyyəyə çatır.

2029-cu ildə Çin və ABŞ öz yapay zəka sistemləri ilə avtonom silahlar istehsal edə biləcək müharibə mərhələsinə gəlirlər. Lakin yapay zəkanın yönləndirdiyi bir razılaşma ilə sülh əldə olunur. Bu dövrdə yapay zəka sayəsində xəstəliklərin müalicəsi tapılır, iqlim dəyişikliyi dayandırılır və yoxsulluq aradan qaldırılır.

Bununla belə bir çox işin yapay zəkaya verilməsi və inkişaf etmiş texnologiyaların nəzarətsizləşməsi yeni təhdidlər yaradır. İnsanlıq, yapay zəkanın inkişaf sürətinə qarşı müdafiəsiz hala gəlir. Araşdırmaya görə, 2030-cu illərin ortalarında yapay zəka görünməz bioloji silahlar yaradaraq insanlığı məhv etməyə başlaya bilər.

AI2027 ssenarisinin baş müəllifi Daniel Kokotajlo yapay zəkanın gələcəyi ilə bağlı əvvəlki proqnozlarında haqlı çıxmış bir şəxsdir. Lakin bəzi mütəxəssislər, xüsusilə Gary Marcus bu ssenarinin yaxın vaxtda baş vermə ehtimalının az olduğunu bildirir. Marcus varoluşsal riskdən çox yapay zəkanın məşğulluğa təsirinə diqqət çəkir. beynəlxalq qaydaların vacibliyini vurğulayır.

Çində isə bu ssenari daha çox elmi fantastika kimi qəbul olunur. ABŞ və Çin arasında yapay zəka yarışındakı yanaşma fərqi də bu müzakirələrdə ön plana çıxır. Texnologiya şirkətləri isə AI2027 kimi “qiyamət” ssenarilərinə məsafəli yanaşaraq, risk daşımayan texnologiya utopiyası mövzusunu önə çıxarırlar.

Mənbə: BBC news

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et