Bu gün:

Tramp Putin və Zelenskinin barışacağını bildirib


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə görüşü olacaq.Onun sözlərinə görə, əsas görüş isə Putin, Ukrayna Prezidenti Vladimir Zelenski və onun iştirakı ilə baş tutacaq. Tramp əlavə edib ki, bəlkə də bəzi Avropa liderlərini dəvət edəcəklər, bəlkə də yox.

“Putin və Zelenskinin barışacağını düşünürəm. Əgər görüş pis keçsə, dərhal bitəcək. Əgər yaxşı keçsə, yaxın gələcəkdə sülhü təmin edərik. Mən prezident olmasaydım, Putin Ukraynanın tamamını ələ keçirərdi”– deyə Tramp vurğulayıb.

Mənbə: Haber Global 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et