Bu gün:

Nazir: İsrailin məskunlaşma planları Fələstin dövlətini məhv edəcək


İsrailin radikal sağçı maliyyə naziri Bezalel Smotriç bildirib ki, işğal olunmuş İordan çayının Qərb sahilində mübahisəli məskunlaşma layihəsi çərçivəsində 3000-dən çox evin tikintisi planı “Fələstin dövləti ideyasını dəfn edəcək”.

“E1” adlanan layihə Qüds ilə Maale Adumim məskunlaşma bölgəsi arasında yerləşir. O, onilliklərdir ki, beynəlxalq ictimaiyyətin ciddi etirazları səbəbindən dondurulub. Burada tikinti aparılması Qərb sahilini işğal olunmuş Şərqi Qüdsdən faktiki olaraq ayıracaq.

Smotriç deyib:"Bu, Fələstin dövləti ideyasını puç edəcək, çünki tanınacaq bir şey və tanıyacaq heç kim yoxdur”.

Beynəlxalq hüquqa görə, bu məskunlaşmalar qanunsuz sayılır və İsrail ilə fələstinlilər arasında ən mübahisəli məsələlərdən biridir.

İsraildə məskunlaşmalara qarşı çıxan “Peace Now” təşkilatının məlumatına görə, hazırda Qərb sahili və Şərqi Qüdsdə təxminən 160 məskunlaşmada 700000ə yaxın yəhudi yaşayır. Bu ərazilər fələstinlilərin gələcək müstəqil dövləti üçün nəzərdə tutulur.

Mənbə: BBC news

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et