Bu gün:

Bir zamanlar Avropada pomidor niyə qorxu mənbəyi olub?


Bugün pomidor dünyanın ən çox yeyilən tərəvəz-meyvələrindən biridir. Salatlarda, şorbalarda, pizzada, makaron souslarında, turşularda və saysız-hesabsız yeməklərdə istifadə edirik. Amma bir zamanlar Avropada pomidor “zəhərli” kimi tanınıb və hətta bəzi bölgələrdə pomidor yemək ölümcül sayılıb.

Pomidor ilk dəfə Cənubi Amerikadan Avropaya 16-cı əsrdə ispan kəşfiyyatçılar tərəfindən gətirilib. İtalyanlar ona “pomi d’oro”, yəni “qızıl alma” adını veriblər. Ancaq Avropanın əksər bölgələrində bu yeni meyvəyə qarşı şübhə və qorxu olub.

Bunun səbəblərindən biri, pomidorun patlıcangillər (nightshade) ailəsinə mənsub olması olub. Bu ailənin bəzi üzvləri, məsələn güzelavratotu (belladonna) son dərəcə zəhərlidir. Üstəlik, pomidorun parlaq qırmızı rəngi və forması gözəlavratotunun zəhərli meyvələrinə bənzəyib. İnsanlar da “zəhərliyə bənzəyirsə, yəqin ki, o da zəhərlidir” deyiblər.

Ən maraqlısı odur ki, bəzi aristokrat ailələr pomidor yedikdən sonra həqiqətən də ölüb. Bu da “pomidor zəhərlidir” inancını gücləndirib. Amma sonradan məlum olub ki, günahkar pomidor yox, qab-qacaq olub. 

Zəngin ailələr o dövrdə qurğuşun tərkibli, qalayla örtülmüş gümüş rəngli boşqablardan istifadə ediblər. Pomidor turşulu meyvə olduğu üçün bu boşqablardakı qurğunu əridir, qurğuşun yeməyə keçirib. Nəticədə, insanlar qurğuşundan zəhərlənmə yaşayır, ağır xəstələnir və hətta ölüblər. Lakin insanlar o zaman bunu bilmədikləri üçün bütün günahı pomidora yükləyirdilər.

1597-ci ildə ingilis botanikaçı John Gerard pomidoru “pis qoxulu” və “yeməyə yararsız” kimi təsvir edib. Bu tip təsvirlər pomidorun imicini daha da zədələyib.

Hətta kənd yerlərində belə inanıblar ki, pomidor bitkisində olan böyük yaşıl tırtılları, yəni hornworm pomidora zəhər bulaşdırır. Bu da əlavə qorxu və panika yaradıb. 

Zaman keçdikcə, xüsusilə, İtaliyada və İspaniyada, yeni yemək reseptləri yayılmağa başlayıb. Kənd təsərrüfatı birlikləri pomidorun faydalarını tanıtmağa başlayıb. İnsanlar görüblər ki, pomidor düzgün şəkildə yeyildikdə zərərli deyil, əksinə, dadlı və faydalıdır.

1897-ci ildə Joseph A. Campbell konservləşdirilmiş pomidor şorbasını satışa çıxarıb. Bu məhsul çox məşhur oldu və pomidor bütün dünyada tanınmağa başlayıb.

Bu gün pomidor həm yemək sənayesində, həm də ev mətbəxlərində əvəzolunmazdır. Dünya üzrə ildə təxminən 180 milyon ton pomidor istehsal olunur. Bir vaxtlar “zəhərli alma” sayılan bu meyvə artıq planetin ən sevimli ərzaqlarından birinə çevrilib.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et