Dünyada təhlükəsizlik və risk baxımından diqqət çəkən bir sıra ölkələr mövcuddur. Bu ölkələrdə baş verən müharibələr, daxili qarşıdurmalar, həyat tərzi və digər amillər təhlükəsizlik səviyyəsini xeyli azaldır.
Buna görə də, bu ölkələrə səfər edərkən diqqətli olmaq və bütün təhlükəsizlik tədbirlərini ciddi şəkildə görmək tövsiyə olunur. Aşağıda dünyanın ən təhlükəli ölkələr kateqoriyasına daxil olan şəhərlər göstərilir. Bunlar:
1. Suriya və İraq
Dünyanın ən təhlükəli ölkələri kateqoriyasında ilk yeri Suriya və İraq tutur. Bu riskin səbəbi Suriyada davam edən vətəndaş müharibəsi və İraqdakı qeyri-sabitlikdir. Hər iki ölkədə terror təşkilatlarının fəal olduğu ərazilər və toqquşma zonaları mövcuddur. Bu bölgələrdə təhlükəsizlik riski olduqca yüksək olduğundan, səfər etməzdən əvvəl iki dəfə düşünmək tövsiyə olunur.
2. Əfqanıstan
Təhlükəsizlik risklərinin yüksək səviyyədə olduğu Əfqanıstan da dünyanın ən təhlükəli ölkələrindən biri hesab olunur. Bu ölkə uzun müddətdir ki, vətəndaş müharibəsi və Taliban kimi terror təşkilatlarının fəaliyyət göstərdiyi məkan kimi tanınır. Buna görə də, Əfqanıstanda təhlükəsizlik riski olduqca yüksəkdir.
3. Şimali Koreya
Dünyanın ən təhlükəli ölkələri deyildikdə ağıla gələn ölkələrdən biri də Şimali Koreyadır. Şimali Koreyanın nüvə proqramı və qeyri-sabit siyasəti bölgədəki təhlükəsizlik vəziyyətinə təsir göstərən mühüm risk amilidir. Bu ölkənin aqressiv ritorikası və təxribat xarakterli addımları beynəlxalq ictimaiyyətdə narahatlıq yaradır.
4. Yaxın Şərq
Yaxın Şərq ümumilikdə müxtəlif təhlükəsizlik riskləri ilə üz-üzə olan bir bölgədir. İsrail-Fələstin qarşıdurması, Livandakı siyasi gərginliklər, Yəməndəki vətəndaş müharibəsi, Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliklər kimi amillər bu bölgədə riskləri artırır. Buna görə də, Yaxın Şərq də dünyanın ən təhlükəli bölgələri kateqoriyasına daxildir.
5. Cənub-Şərqi Asiya
Cənub-Şərqi Asiya terrorizm, dəniz təhlükəsizliyi, etnik qarşıdurmalar və narkotik qaçaqmalçılığı kimi risklərlə doludur. Xüsusilə, Filippin, İndoneziya və Myanmada bu cür problemlərə tez-tez rast gəlinir.
6. Venesuela
Venesueladakı siyasi və iqtisadi böhran əhalinin təhlükəsizliyinə mənfi təsir göstərir. Ölkədə yüksək cinayət səviyyəsi, qarışıqlıqlar və siyasi qeyri-sabitlik riski mövcuddur. Bu isə təhlükəsizlik risklərini daha da artırır.
Mənbə: Hepsiburada.com
Tərcümə etdi: Aytac Musayeva
