Bu gün:

Uşaqlara qışqırmağın ruh sağlamlığına təsiri


Yeni bir araşdırma uşaqlıq dövründə sözlü zorakılığa məruz qalan insanların sonrakı illərdə özlərini daha ümidsiz və tənha hiss etdiklərini ortaya qoyub.20 min iştirakçının araşdırıldığı tədqiqatın nəticələri olduqca diqqətçəkicidir. Mirror nəşrində yer alan xəbərə görə, son 50 ildə sözlü zorakılıq halları demək olar ki, iki dəfə artıb. Araşdırmaya əsasən, hər üç uşaqdan biri böyüyərkən bu cür təcavüzə məruz qalır.

Professor Mark Bellis bildirib: “Araşdırmamız göstərir ki, uşaqlıqda məruz qalınan sözlü zorakılıq, fiziki zorakılıq qədər dərin və uzunmüddətli psixoloji izlər qoya bilər.”

Məlumatlara əsasən, uşaqlıqda fiziki zorakılığa məruz qalan böyüklərin, aşağı əhval-ruhiyyəyə sahib olma ehtimalı 52 faiz daha yüksəkdir. Bu göstərici yalnız sözlü zorakılığa məruz qalanlarda 64 faizə qədər artır. Həm fiziki, həm də sözlü zorakılığa məruz qalan insanların yetkin yaşda aşağı ruh sağlamlığına sahib olma ehtimalı isə 115 faiz çoxdur.

Mütəxəssislər bildirirlər ki, hər altı uşaqdan biri — əsasən ailə üzvləri və ya baxıcılar tərəfindən — fiziki zorakılığa, hər üç uşaqdan biri isə sözlü zorakılığa məruz qalır. 

Mənbə: NTV

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et