Bu gün:

Ebru sənəti nədir?


Ebru sənəti ənənəvi türk dekorativ sənətlərinin ən qədimlərindən biridir və türk incəsənət tarixində özünəməxsus yeri vardır. Ebru kağız bəzək sənətidir. Qabda qatılaşan su üzərində yaradılmış möhtəşəm naxışlar kağıza həkk edildikdə ortaya çıxır. Ebru tarazlıq, ritm və səbir sənətidir. 

Ebru suda həll olunmayan, kağıza zərər verməyən torpaq boyalarının qatılaşdırılmış suyun üzərinə, gül budağı çubuqlarına bükülmüş at quyruğu - tük fırçaları ilə səpilməsi və kağıza köçürülməsi ilə əldə edilən kağız bəzək sənətidir.

Praktiki olaraq ebru ilə işlənmiş kağıza "ebru" da deyilir. Ebru məşhur kağız bəzək sənətlərindən biridir. 

Kağız bəzək sənətinin ən mühüm qollarından biri olan ebru sənətinin nə vaxt və hansı ölkədə meydana gəldiyi dəqiq müəyyən edilə bilinmir. Ebru ilə bəzədilmiş qədim əşyaların və əlyazmaların tarixi məlum olsa da, onlar dəfələrlə yeniləndiyindən ebru haqqında dəqiq məlumat yoxdur. Heç bir sənəd olmasa da, Orta Asiya türk ebru sənətinin başlanğıc nöqtəsi olaraq görülür. 

Bu gün ebru mücərrəd sənət kimi, özlüyündə bir sənət əsəri kimi qəbul edilir və sərgilənir. İşıqlandırma və xəttatlıqla kitab səhifələrində, əl işi kitablarının üz qabığında və xüsusilə xəttatlıq altında yüngül ebrudan, müxtəlif parçalar, ağac, hamar səthli daş, keramikada istifadə edilir.


Materialın növündən asılı olaraq müxtəlif növ boyalardan istifadə etmək lazım ola bilər. Məsələn, parça üçün parça boyası və keramika üçün keramika boyası. 


Ebru heç bir su ilə edilə bilməz. Su yapışqanlıq və tutarlılıq verən bir materialla qatılaşdırılmalıdır. Məqsəd odur ki, su qatılaşsın və ağırlaşsın ki, boyalar asanlıqla formalaşdırılsın və suyun üzərinə naxış əmələ gəldikdən sonra kağız suyun üzərinə qoyulduqda su yapışqanlaşsın ki, boyalar kağızın üzərinə keçsin. Bu gün suyu qatılaşdırmaq üçün qatılaşdırıcıdan geniş istifadə olunur. 

Müəyyən miqdarda suya qatılaşdırıcı əlavə edilərək, topaqlar qalmayıncaya qədər qarışdırıcı ilə əzilərək hazırlanır. İstifadədən əvvəl 1-2 saat saxlanılır, köpüklər yox olduqda istifadə olunur. Bir gün əvvəldən hazırlansa daha yaxşı nəticə əldə edilir. İstifadədən sonra növbəti istifadəyə qədər soyuducuda saxlanıla bilər. 

Boyalar: Ənənəvi türk ebru sənətində istifadə edilən boyalar metal oksidlərdən əldə edilən boyalardır və, ümumiyyətlə, "torpaq boyası" adlanır. Qara boya soba hissindən əldə edilir. Ebru sənətində istifadə olunan boyalar günəşdən təsirlənməyən, tərkibində turşu və yad maddələr olmayan tipdə olmalıdır. Ebru sənətində istifadə edilən boyaların ən mühüm xüsusiyyətlərindən biri də su ilə qarışmamasıdır. 

Öd: Ebru sənətində istifadə edilən ən əhəmiyyətli materiallardan biridir. Bu, boyaların batmadan suyun üzərində qalmasına imkan verir. Eyni zamanda, öd  boyaların bir-birinə qarışmasının qarşısını alır və boyalara yapışqanlıq verir. Boyanın içinə qatılaraq istifadə olunur.

Ebru sənətinin ən çətin tərəfi "finiş" adlanan mərhələdən keçərək boyaların su üzərində dayanmasını təmin etməkdir.

Fırçanın köməyi ilə bir az əzilmiş ebru boyası götürün, su əlavə edin və boyanızı orada həll edin. Sonra  boyaya 3-5 damcı damcıladın. “Biz” köməyi ilə traqakanta boya toxunun. Səthdə boyanın açılmasına baxın. Addım-addım 3-5 damcı öd əlavə edərək, təxminən 5-6 sm diametrə çatana qədər davamlı olaraq sınayın.

Bu, çox təcrübə tələb edəcək, çünki boya əlavəsi adətən göz qərarıdır.

Ənənəvi boya əlavəsi yeni başlayanlar üçün olduqca çətindir. Buna görə də, ebruya yeni başlayırsınızsa, böyük dəftərxana ləvazimatları mağazalarında asanlıqla tapa biləcəyiniz hazır ebru boyalarından istifadə etməyi məsləhət görürük. Hazır ebru boyalarından öd və su əlavə etmədən qatılaşdırılmış suyun üzərində birbaşa əlavə edə bilərsiniz. 

Mənbə: Evim dergisi 

Tərcümə etdi: Nuran Əhmədzadə


Paylaş
Şərh əlavə et