Bu gün:

Almaniya, NATO-nun Ukraynaya yeni dəstək proqramına 500 milyon dollar töhfə verəcək


Almaniya, digər müttəfiqləri ilə birlikdə NATO-nun “Ukraynanın Prioritet Tələblər Siyahısı” (PURL) çərçivəsində 500 milyon dollar dəyərində hərbi yardım paketini maliyyələşdirməyə hazır olduğunu açıqlayıb.

Almaniya Müdafiə Nazirliyinin PURL proqramına dair yazılı açıqlamasında bildirilib ki, Almaniya, digər müttəfiqlərlə birlikdə ümumi dəyəri 500 milyon dollara çatan ilk əhatəli hərbi yardım paketlərindən birini maliyyələşdirməyə hazırdır.

Açıqlamada ABŞ-yə Ukraynaya silah və sursat tədarükünü davam etdirmək istəyi səbəbilə təşəkkür edilib, həmçinin Almaniyanın bu təşəbbüsə qoşulmaq qərarı ilə Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb.

Nazirlik, hökumətin ətraflı məsələlərlə bağlı NATO və müttəfiqlərlə sıx məsləhətləşmələr apardığını da qeyd edib.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et