İqtisadiyyat Nazirliyindən əldə olunan məlumata görə, 24media.az xəbər verir ki, 2025-ci ilin I yarımilində qurumun xidmətlərinə 11.2 milyondan çox müraciət daxil olub və onların təxminən 97%-i elektron formada həyata keçirilib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayı 29%, elektron xidmətlərə müraciətlər isə 33% artıb. Nazirlik tərəfindən göstərilən 285 xidmətin 67%-i elektronlaşdırılıb.

Sahibkarlara təqdim olunan əsas xidmətlərdən biri – lisenziyaların verilməsi prosesi tam elektron qaydada icra olunur. 2025-ci ilin ilk 6 ayında ümumilikdə 837 lisenziya verilib, onlardan 636-sı elektron formada təqdim edilib.
Bununla yanaşı, yeni “Elektron Xidmətlər Portalı”nın pilot versiyası istifadəyə verilib ki, bu da sahibkarlara vahid pəncərə üzərindən müraciətlərin izlənməsi və rəylərin verilməsi imkanını yaradır.
Arzu Qafarova
