2025-ci ilin iyul ayında vətəndaşlar tərəfindən 195-1 Çağrı Mərkəzinə 60 mindən çox müraciət qeydə alınıb. İqtisadiyyat Nazirliyinin məlumatına görə, onların 54 910-u operatorlar vasitəsilə canlı rejimdə cavablandırılıb, qalanı isə səsli menyu xidməti ilə təmin edilib.

24media.az xəbər verir ki, sorğular, əsasən, sahibkarlıq fəaliyyəti, lisenziyaların alınması, vergilərin ödənilməsi, vergi ödəyicilərinin hüquq və öhdəlikləri, daşınmaz əmlakın dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və Nazirliyin digər səlahiyyətlərinə aid məsələlərlə bağlı olub. Araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilib.
195-1 Çağrı Mərkəzi vətəndaşların Nazirliyə rahat müraciət etməsi üçün yaradılıb və ölkənin bütün bölgələrindən stasionar telefonla ödənişsiz zəng imkanı mövcuddur.
Arzu Qafarova
