Bu gün:

Xəritələrdə: Tramp-Putin sammitinin mərkəzindəki müharibə bölgələri


Tramp-Putin sammitinin Ukrayna xəritəsinin zorla və köklü şəkildə  dəyişdirilməsi ilə nəticələnib - nəticələnməyəcəyi barədə ehtimallar dolaşır.

Rusiya 2014-cü ildən bəri Ukraynanın geniş ərazilərinə iddia edir, həmin vaxt Prezident V.Putin ilk addımını atıb.

Qısa bir neçə ay ərzində Moskva Krım yarımadasını nisbətən qan tökülmədən işğal edərək ilhaq edib.

Lakin bunun ardınca Donbasın şərqində konkret olaraq Donetsk və Luqansk adlı iki bölgədə Rusiyanın dəstəklədiyi separatçı hərəkat başlayıb. Orada səkkiz il davam edən müharibə alovlanıb.

Bu dövr ərzində Ukrayna təxminən 14 min əsgər və mülki şəxs itirib.

Lakin 2022-ci ilin fevralında Putin tammiqyaslı işğala başlayıb. Rusiya qoşunları sürətlə Kiyevin kənarlarına çatıb və cənubun böyük hissəsini, o cümlədən daha iki vilayətin Zaporojye və Xersonun əhəmiyyətli hissələrini ələ keçirib.

Müharibə o vaxtdan bəri gah zəifləyib, gah güclənib. Rusiya 2022-ci ildə 27% olan nəzarətini hazırda 20%-ə salıb. Şərqdə irəliləsə də, bu, yavaş və böyük itkilərlə gedir. Zelenski və Avropa qeyd-şərtsiz atəşkəs tələb edir, Tramp isə Alyaska sammiti ərəfəsində ərazi mübadiləsindən danışır. Bu, Kiyev və Avropada narahatlıq yaradıb, çünki həmin ərazilər qanuni olaraq Ukraynaya məxsusdur.

Mənbə: BBC News

Tərcümə etdi: Ayxan Cəfərov

Paylaş
Şərh əlavə et