Pişiklər bizim ən sevimli yoldaşlarımız arasında olsalar da, bəzən onların davranışları absurd görünə bilər. Biz tez-tez bağlı qapılar arxasında pişiklərin miyavladığını eşidirik. Bəs niyə bağlı qapılara nifrət edirlər?

Pişiklər sevimli və maraqlı təbiətləri ilə həyatımıza sevinc bəxş etsə də, bəzən başa düşə bilmədiyimiz davranışlar da nümayiş etdirirlər. Bəzən qapının açılmasını istəyirlər, sonra dərhal içəri girib çölə çıxmaq istəyirlər. Bu, bir çox pişik sahiblərini çaşdıran bir sirrdir.
Regional Təbiət
30 ildən artıq təcrübəyə malik pişik davranışçı Amanda Kampion sosial şəbəkədə paylaşdığı videoda bu maraqlı davranışının səbəbini açıqlayıb. Campion-a görə, pişiklər təbii olaraq ərazi canlılarıdır və evlərini zehni xəritə kimi təsəvvür edirlər. Qapıların bağlanması bu xəritəni pozur, pişikləri narahat edir.
"Siz bir qapını bağladığınız zaman və pişiyiniz digər tərəfdə olduqda, miyovlama inadkarlıqdan deyil. Söhbət ərazi nəzarətindən və kəşfiyyatdan gedir. Bağlı qapılar onların iş rejimini pozur", - Kampion deyib.
Maraq və nəzarət ehtiyacı
Mütəxəssis izah edib ki, pişiklər ətrafdakı ani dəyişikliklərə həssasdırlar və güclü maraq hiss edirlər. Qapı bağlı olduqda, pişiklər həm maraqlarını təmin etmək, həm də məkanlarını yoxlamaq istəyirlər. Buna görə də onlar tez-tez qapı açılan kimi içəri girib, az sonra yenidən çıxmaq istəyirlər.
Mənbə: Sözcü
Tərcümə etdi: Sona Osmanova
