Ata olmaq sadəcə uşağın doğulması ilə başlayan bir proses deyil. Bu, həm də uzun bir səyahətdir. Bu xüsusi münasibət hər gün yenidən qurulur, səbir, anlayış və şəfqətlə formalaşır.

Uşağın gözündə ata bəzən qəhrəman, bəzən müəllim, bəzən də ən yaxşı oyun yoldaşı olur. Ailədə analar kimi kritik rol oynayan atalara çox vaxt “dəstəkləyici oyunçu” kimi baxılır. Bununla belə, atalar uşağın həm sosial, həm də emosional inkişafı zamanı təhlükəsizlik hissini aşılayan və şəxsiyyətinin inkişafına töhfə verən qəhrəmanlardan biridir.
TRT Uşaq Ebeveynlik Akademiyasına müsahibə verən pedaqoq və psixoloji məsləhətçi Mehmet Hilmi Eren uşağın həyatında ataların rolundan və vəzifələrindən danışır. Mehmet Hilmi Eren atalığın doğuşdan deyil, hamiləlik dövründə başlayan hərtərəfli bir məsuliyyət olduğunu vurğulayır. O deyir ki, uşaq üçün güclü ata fiqurunun olması həm dil, həm də xarakter inkişafında mühüm rol oynayır. Ancaq onun xüsusilə vurğuladığı anlayışlar “ardıcıllıq” və “dürüstlük”dür.
Uşağın dil inkişafı üçün atanın varlığı çox vacibdir. Atalar oyun zamanı övladlarını yaxından tanıyırlar. Dürüst və doğru görünən ata fiquru uşağın gözündə vacibdir.
Dürüstlük uşağın məyus olmasının qarşısını almaq üçün çox vacibdir. O, “demokratik və lazım olanda əlçatan” bir atanın ən sağlam nümunə olduğunu ifadə edərək, uşağın bütün inkişaf mərhələlərində təhlükəsizlik hissini gücləndirən bu münasibətin əhəmiyyətini vurğulayır.
Boşanma prosesində atanın rolu və əhəmiyyəti dəyişməz qalır. Boşanma prosesində ata ona ayrılan vaxt ərzində övladları ilə görüş rejimini pozmamalıdır. Rutini pozmaq uşağın inam hissini zədələyir. Lazım olan hallar uşağa aydın şəkildə izah edilməlidir. Xülasə, yaxşı ata olmaq anadangəlmə bir istedad deyil, daim öyrənilən və inkişaf etdirilən bir bacarıqdır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Asiya Zeynallı
