Bu gün:

İncəsənət məktəb və mərkəzlərinə qəbul başlayır


24media.az Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin məlumatına əsasən yazır ki, 14–21 avqust tarixlərində Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi və incəsənət məktəb və mərkəzlərinə qəbulun ixtisas və məktəb seçimi mərhələsi keçiriləcək. Qəbul imtahanında 50 və daha çox bal toplamış namizədlər “My Culture” sistemi üzərindən 3 ixtisas, hər ixtisas üzrə isə 2 məktəb seçə biləcəklər. Xarici vətəndaşlar seçimlərini regional mədəniyyət idarələrində edəcəklər.


Ödənişsiz təhsil üçün yaş hədləri ixtisasdan asılı olaraq 6–13 yaş arasında dəyişir, ödənişli əsaslarla isə maksimum yaş 29-dur. Qəbul müsabiqə əsasında aparılır, keçid balı sonuncu qəbul olunan namizədin nəticəsinə əsasən müəyyən edilir
Seçimdən sonra namizədlər şəxsiyyət vəsiqəsi, tibbi arayış, foto və digər tələb olunan sənədləri sistemə yükləməlidirlər. Təhsil haqqı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 150 AZN, Bakıda 120 AZN, regionlarda 100 AZN-dir.

Bu il ilk dəfə olaraq qəbul vahid elektron sistemlə aparılıb və 18,862 müraciət qeydə alınıb.

Rəna Qarayeva

Paylaş
Şərh əlavə et