Bu gün:

Zelenski: Donbasdan ayrılmayacağıq


Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna ordusunun ölkənin şərqindəki Donbas bölgəsindən geri çəkilməyəcəyini bildirib.

Ukrayna mətbuatının məlumatına görə, Prezident Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya–Ukrayna müharibəsindəki vəziyyətlə bağlı açıqlamalar verib.

Cəbhədəki döyüşlər barədə son məlumatları paylaşan Zelenski, Rusiyanın Ukraynanın şərqində yerləşən Donbas bölgəsini tamamilə ələ keçirmək istədiyini deyib.

O, Rusiya ordusunun həmin ərazini sonrakı hücumlar üçün bir “irəliləmə meydanı” kimi istifadə etmək niyyətində olduğunu vurğulayıb.

Bu bölgənin tamamilə Rusiyanın nəzarətinə keçməsinin Üçüncü Dünya Müharibəsinə səbəb ola biləcəyini qeyd edən Zelenski bunları söyləyib:

“Donbasdan ayrılmayacağıq, bunu edə bilmərik. Hamı əsas məsələni unudur. Torpaqlarımız qanunsuz şəkildə işğal olunub. Ruslar üçün Donbas gələcəkdə yeni hücumlar üçün bir sıçrayış meydanıdır. Əgər biz öz istəklərimizlə və ya təzyiq nəticəsində Donbasdan ayrılsaq, üçüncü bir müharibənin başlanmasına səbəb olarıq”.

Mənbə: TRT HABER 

Tərcümə etdi: Nuray Əliyeva 

Paylaş
Şərh əlavə et