Bu gün:

Stendal Sindromu: incəsənət dəli etdiyi zaman


Stendal sindromu — nadir, amma inanılmaz dərəcədə parlaq psixoloji hadisə olub. Bu elə gözəllik və gücə malik incəsənət əsərləri ilə qarşılaşan insanlarda özünü göstərib ki, onların psixikası sözün əsl mənasında “yüklənib”. İnsanlar başgicəllənmə, ürək döyüntülərinin sürətlənməsi, istiqamət hissinin itməsi, panik ataklar, hətta bəzən hallüsinasiyalar yaşayıblar.


Sindrom adını fransız yazıçısı Stendaldan alıb. 1817-ci ildə Florensiyaya səfər edərkən o, Cotto freskalarını görəndə “başının gicəlləndiyini, ürəyinin döyündüyünü və nəfəs almasının çətinləşdiyini” təsvir edib. Onun gündəlik qeydləri bu halın ilk qeydə alınmış təsviri olub.


Uzun müddət bu fenomen ədəbi şişirtmə hesab edilib, amma XX əsrdə italyan psixiatrı Qratsiella Mağerini Florensiyadakı muzeyləri ziyarət etdikdən sonra xəstəxanaya düşən turistlərin hallarını araşdırmağa başlayıb. Bir neçə il ərzində o, yüzdən çox hadisəni qeydə alıb, bu hallarda insanlar təəssüratların çoxluğundan sözün əsl mənasında reallıqla əlaqəni itiriblər.


Sindrom daha çox həssas, emosional yüklənməyə meyilli insanlarda və “incəsənət şəhərlərinə” yüksək gözləntilərlə gələnlərdə özünü göstərib. Xüsusilə də hallar Florensiyada — dünya incəsənətinin onlarla şah əsərinin toplandığı Uffitsi qalereyasında tez-tez qeydə alınıb.


Mağerini bu effekti “gözəlliyə psixosomatik reaksiya” kimi izah edib. Beyin emosiyaların axını ilə bacara bilməyib və bədən elə reaksiya verib ki, sanki insan güclü stress keçirib.


Bu gün Stendal sindromu nadir, amma qəbul edilmiş pozuntu hesab olunub. Həkimlər özlərini həddindən artıq yüklənmiş hiss edən insanlara sadəcə muzeydən çıxmağı, təmiz havada oturmağı və sinir sisteminə “yenidən yüklənmək” imkanı verməyi məsləhət görüblər.


Fenomen isə incəsənətin insan psixikasına nə qədər güclü təsir göstərə bildiyini xatırladan təəccüblü bir nümunə olaraq qalır. Biz gözəlliyi yalnız müsbət bir şey kimi qəbul etməyə öyrəşmişik, amma məlum olub ki, o, huşun itirilməsinə qədər heyrətə sala bilib.


Mənbə: www.bbc.com

Tərcümə etdi: Fatimə Kərimli

Paylaş
Şərh əlavə et