Bu gün:

Tramp: "Putinlə görüşdə Ukrayna torpaqlarını geri almağa çalışacağam"


ABŞ Prezidenti Donald Trampın 15 avqustda Rusiya lideri Vladimir Putinlə keçirəcəyi "tarixi" görüşlə bağlı olaraq tərəflərdən açıqlamalar gəlməyə davam edir.

Tramp bildirib ki, Putinlə görüşündə Ukraynanın işğal olunmuş torpaqlarının bir hissəsini geri almağa çalışacaq. Ağ Evdə keçirdiyi mətbuat konfransında Tramp deyib: "Rusiya Ukraynanın geniş torpaqlarını işğal edib. Onlar mühüm əraziləri ələ keçiriblər. Mən bunun bir hissəsini Ukrayna üçün geri almağa çalışacağam." Tramp daha əvvəl də Ukrayna və Rusiya arasında "ərazi mübadiləsi" ola biləcəyi fikrini səsləndirib, lakin bunun hansı bölgələri əhatə edəcəyi ilə bağlı məlumat verməyib.

Mənbə: BBC News

Tərcümə etdi: Səmayə Səftərova

Paylaş
Şərh əlavə et