24Media.az-ın budəfəki müsahibi təlimçi-ekspert Əziz Şiriyevdir. O, Azərbaycanın turizm sektorunda baş verəcək əhəmiyyətli artımdan danışıb.

-Azərbaycanın turizm sektorundakı bu gözlənilən artım ölkənin iqtisadiyyatına və mədəni diplomatiyasına necə təsir göstərə bilər?
Ümumiyyətlə, qeyri-neft sektoru olaraq turizm, kənd təsərrüfatı və məhsul istehsal etmək ölkənin iqtisadi potensialını artıran və iqtisadiyyatın sürətli inkişafına təsir edən əsas sahələrdir. Turizmin inkişafı isə avtomatik olaraq ölkəyə turistlərin cəlb olunmasına, müxtəlif sahələrin birbaşa və ya dolayı şəkildə inkişafına səbəb olur.
Bu da vətəndaşların rifahına, dövlət büdcəsinə sosial-iqtisadi baxımdan müsbət təsir göstərir. İstənilən halda ən aşağı təbəqədən tutmuş yüksək təbəqəyə qədər hər kəs bu inkişafdan yararlana bilir. Ticarət mərkəzləri, otellər, nəqliyyat şirkətləri və digər iaşə obyektləri ilə turizmlə birbaşa və ya dolayı əlaqəsi olan bütün sahələrdə canlanma baş verir.
İnsanlar iqtisadi artımı hiss edir, yaşayış səviyyəsi yüksəlir, bu da ümumi rifah halını artırır, iqtisadi cəhətdən ölkənin güclənməsinə, çiçəklənməsinə və iqtisadiyyatın gündən-günə yüksəlməsinə səbəb olur. Ölkəyə turist axını isə xarici valyutanın daxil olması deməkdir. Xarici valyutanın artması iqtisadiyyata birbaşa müsbət təsir göstərir və bu, ölkə iqtisadiyyatının inkişafı üçün əvəzolunmaz amildir.
Səmayə Səftərova
