ABŞ Prezidenti Donald Trump, Azərbaycan və Ermənistanın sülh sazişini parafladığı tarixi zirvə ilə bağlı sosial şəbəkədən yeni paylaşım edib. O, həm İlham Əliyevdən, həm də Nikol Paşinyandan “yaxşı dostlarım” kimi bəhs edib.
Vaşinqtondakı tarixi zirvənin əks-sədaları davam edir. Donald Trump, özünün “Truth Social” platformasında 8 avqust Cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanı qəbul etdiyi görüşdən tarixi fotolar paylaşıb.
“Onilliklər davam edən müharibə və itkilərdən sonra, sülh sazişini paraflayarkən Əliyev və Paşinyan ilə birlikdə olmaq möhtəşəm bir şərəf idi” deyib. Azərbaycan Prezidentini və Ermənistan Baş nazirini “möhtəşəm liderlər” adlandıran Trump, “artıq hər ikisi də yaxşı dostumdur” ifadəsini işlədib.
Əliyev və Paşinyanın sülh sazişini parafladığı bu mühüm zirvə, Azərbaycan–ABŞ münasibətlərində də yeni bir dövrün başlanğıcını qoyub. Görüş zamanı bir sıra vacib razılaşmalar imzalanıb. İki ölkə arasında strateji işçi qrupu yaradılması qərara alınıb. Bu qrupun məqsədi, Azərbaycan–ABŞ münasibətlərini inkişaf etdirmək üçün atıla biləcək addımların yer aldığı bir gündəmin hazırlanması olacaq.
Mənbə: Haber Global
Tərcümə etdi: Nigar Xəlilli
