Bu gün:

Manipulyasiyaya məruz qaldıqda nə etmək lazımdır?


Bir çox insanlar başqaları tərəfindən emosional zorakılığa məruz qalır və bu zorakılığı tətbiq edənlər güc tətbiq edərək qarşı tərəfin fikir və davranışlarını dəyişməyə çalışırlar. Psixoloji manipulyasiya dediyimiz bu davranışlarda məqsəd qarşı tərəfin nəzarətini ələ alaraq həmin fərddən faydalanmaqdır. Nəticədə bir tərəf faydalandığı halda, digər tərəf zərər çəkdiyi kimi bir çox psixoloji problemlərdən əziyyət çəkə, üzləşə bilər.

Psixoloji manipulyasiya nə deməkdir?

Fərdlərə psixoloji manipulyasiya tətbiq etməyin cəmiyyətə çoxlu təsiri var. Manipulyasiya dostluq və evlilik münasibətlərində, həmçinin cəmiyyətləri və qurumları idarə etmək üçün istifadə edilə bilər. Manipulyasiya edilən insanlar, əslində, onların manipulyasiya edildiyini dərk etmir və özbaşına qərar qəbul etdiklərini düşünürlər. Qarşı tərəf nəzarəti elə bir şəkildə ələ keçirir ki, manipulyasiyaya uğrayan şəxs düşüncələrinin tamamilə özünə aid olduğunu sanır. 

Əksər insanlar aşkar məsələni öz xeyrinə çevirmək üçün şüurlu və ya şüursuz şəkildə qarşı tərəfi istiqamətləndirə və ya başqası tərəfindən istiqamətləndirilə bilər. Bu zaman maarifləndirmə vacib olur. Manipulyasiya üsullarını bilmək, məruz qalmadan xəbərdar olmaq üçün ilk addım olur.

Psixoloji manipulyasiya üsulları hansılardır?

Psixoloji manipulyasiya üsulları birdən çox üsulla və müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Ən çox yayılmış manipulyasiya texnikası yalan danışmaqdır.

Psixoloji manipulyasiya üçün istifadə olunan üsullar aşağıda verilənlərdir:

1. Yalan danışmaq: Hadisələr və insanlar haqqında yalan danışmaqla qarşı tərəfin qərarı manipulyasiya edilir. Əgər fərd deyilən yalana inanarsa, ədalətsiz tərəfin xeyrinə qərar verə bilər.

2. Alçaldılma və kənarlaşdırma: Manipulyasiya etmək istəyən insanlar öz fikirlərinə zidd olan şəxsləri xaric edir, alçaldır və marjinallaşdırırlar. Bu vəziyyətə dözmək istəməyən insanlar istəmədən manipulyasiyaya məruz qalırlar.

3. Diversiya: Bu üsulun Azərbaycancası təxribatdır. Sual verən adam verilən suallara aydın cavab verməyərək, mövzunu başqa tərəfə çəkərək qarşısındakı insanı çaş-baş qoyur. Beləliklə, qarşı tərəf cavab almır və özünü başqa mövzudan danışarkən tapır.

4. Qurbanı oynamaq: Manipulyasiya etmək üçün qurbanı oynamaq olduqca geniş yayılan bir üsuldur. Manipulyatora insan özünü ağrı içində göstərir və manipulyasiyaya məruz qalan şəxslər qarşı tərəfi haqlı görürlər.

5. Gaslight: Bu üsulda manipulyatorlar qarşı tərəfin özündən şübhələnməsinə səbəb olur. Məsələn, həmişə eyni yerdə olan açarın yerini dəyişir, soruşulanda isə “bilmirəm” cavabını verirlər. Beləliklə, fərd çaşqın olur və özünə şübhə edir. Bu texnika uzun müddət müəyyən aralıqlarla tətbiq edildikdə qarşı tərəfin düşüncələrində qalıcı bir təsir buraxa bilər.

Manipulyasiyaya məruz qaldıqda nə etmək lazımdır?

Manipulyasiyaya məruz qalmamaq üçün müəyyən bir müddət ərzində müşahidə etmək lazım ola bilər. Qarşı tərəfin şüurlu və ya şüursuz manipulyasiya üsullarından istifadə etdiyini düşünürsünüzsə, bəzi ehtiyat tədbirləri görməlisiniz.

Bu nöqtədə qərarlı bir rəftarla öz xəttinizi çəkməli və qarşı tərəfin sizi və düşüncələrinizi ələ keçirməsinin qarşısını almalısınız. Manipulyatorla əlaqənizi nəzərdən keçirmək, görməli olduğunuz başqa bir vacib tədbirdir.

Mənbə: Psikoloji Antalya

Tərcümə etdi: Aydan Qasımova

Paylaş
Şərh əlavə et